Almaniyada qaçqınlara qarşı irqçilik

Almaniyada qaçqınlara qarşı irqçilik
  31 İyul 2015    Oxunub:2701
Almaniyanın Bavariya əyalət sakini “Facebook” sosial şəbəkəsində əcnəbilərə qarşı yazdığı miliyyətçi rəyə görə məhkəmə tərəfindən 7500 avro cərimələnib.

AzVision.az “Die Welt” qəzetinə istinadən xəbər verir ki, 25 yaşlı Almaniya vətəndaşı “Facebook”da gəlmələrə qarşı nasizm təbliğatlı fikir paylaşıb. Belə ki, Bavariya sakininin qaçqınlar üçün müxtəlif ev əşyalarının toplanması kampaniyasını məsxərəyə qoyaraq yazdığı rəy ona baha başa gəlib.

“Mənim evdə heç nəyə yaramayan insanlar (qaçqınlar) üçün qaz balonu və əl qumbaram var. Əlbəttə ki, istənilən yerə qədər çatdırılma pulsuzdur”.

Passau əyalət məhkəməsi isə onu miliyyətçi və alçaldıcı fikrinə görə 7500 avro cərimələyib. Əyalətin baş prokuroru Ursula Raab Gaudin məsələyə münasibət bildirərək qeyd edib ki, insanların dərisinin rəngi və dininə yönəlmiş istənilən irqi fikir, eləcə də qaçqın düşərgələrinə qarşı mənfi şüarlar səsləndirmək xoşagəlməzdir.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti