Almaniyada partlayış törədən şəxsin kimliyi bəlli oldu - VİDEO

Almaniyada partlayış törədən şəxsin kimliyi bəlli oldu - VİDEO
  25 İyul 2016    Oxunub:1909
Almaniyada törədilən partlayış nəticəsində yaralıların sayı 14 nəfərə çatıb.
AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, yaralıların 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın kim tərəfindən törədildiyi məlum deyil. Partlayış “Eugens Weinstube” restoranının qarşısında baş verib.

Bavariyanın daxili işlər naziri bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb. Onun sözlərinə görə, Almaniyanın Ansbah şəhərində törədilən partlayış zamanı ölən şəxs 27 yaşlı Suriya vətəndaşıdır. Partlayışın Suriya vətəndaşı tərəfindən törədildiyi ehtimal edilir.



AzVision.az



Teqlər:  





Xəbər lenti