Almaniyada hücum təhlükəsi yüksəkdir

Almaniyada hücum təhlükəsi yüksəkdir
  25 İyul 2016    Oxunub:1763
Almaniyada aeroport və vağzalların mühafizəsi gücləndiriləcək.
AzVision.az xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Tomas de Mezyer deyib. Onun sözlərinə görə, həmin obyektlərdə polisin sayı artırılacaq.

Nazir ölkə sərhədlərini yaxşı qorumağın, qaçqınların qanuni və təhlükəsiz yollarla müəyyən həddə ölkəyə gəlişinə maneə törətməməyin zəruriliyini qeyd edib

Almaniya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tobias Plate isə bildirib ki, Münhen və Ansbaxda baş verən hadisələrdən sonra Almaniyada hücum təhlükəsi yüksək olaraq qalır.

O, əlavə edib ki, partlayış törədən suriyalı qaçqının bundan əvvəl ölkədən çıxarılması barədə iki dəfə qərar çıxarılıb : `Almaniya hökuməti onu qaçqın kimi ilk dəfə qeydiyyatdan keçdiyi Bolqarıstana deportasiya etməyə hazırlaşırmış`.

AzVision.az




Teqlər:  





Xəbər lenti