Almaniya “Gazprom”a qadağa qoydu

Almaniya “Gazprom”a qadağa qoydu
  31 İyul 2015    Oxunub:2366
Avropanın bir sira ölkələrində geniş çərçivədə qaz və benzin satışı ilə məşğul olan Rusiyanın “Gazprom” şirkəti Almaniyanın enerji tədarükçüsü “EWE” şirkəti ilə dil tapa bilmir.

AZƏRTAC “Neues Deutschland” qəzetinə istinadla xəbər verir ki, yerli tədarükçü “Gazprom”a Almaniyanın yanacaqdoldurma məntəqələrində qaz satışını dayandırması barədə göstəriş verib.

“Gazprom Germania”nın illik hesabatında bildirilib ki, “EWE” “Gazprom”dan avtomobil yanacaqdoldurma məntəqələrində sıxılmış təbii qazın satış fəaliyyətini dayandırmağı tələb edib.

“Gazprom Germania” isə yerli tədarükçü konsernin bu tələbinə qarşı Düsseldolf şəhərindəki Ali Federal Məhkəməyə iddia ərizəsi təqdim edib.

Hazırda məhkəmə şikayətlə bağlı heç bir qərar qəbul etməyib. Bu səbəbdən “Gazprom” hələ ki, yanacaqdoldurma məntəqələrində adi iş rejimində fəaliyyətini davam etdirir.

“Gazprom Germania” Almaniyadakı 28 şəbəkə stansiyasında qaz satışına nəzarət edir. Şirkət 2015-ci ilin sonunadək bu rəqəmi 35-ə çatdırmağı planlaşdırır.


Teqlər:





Xəbər lenti