Almaniya və İtaliyada səsvermə başa çatıb

Almaniya və İtaliyada səsvermə başa çatıb
  27 Sentyabr 2016    Oxunub:1353
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendum) İtaliyadakı diplomatik missiyamızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, habelə bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları da iştirak ediblər.
Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyindən AzVision.az-a verilən məlumata görə, onların öz səsvermə hüququndan istifadəsinin təmin edilməsi məqsədilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın İtaliyadakı Səfirliyində yaradılmış 35 saylı seçki məntəqəsində səsvermə təşkil olunub.

Səsvermədə seçicilərin iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb. Səsvermə prosesi yerli vaxtla saat 19.00-da başa çatıb.

Azərbaycanın Almaniyadakı səfirliyində də səsvermə başa çatıb. Səfirlikdən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsindəki səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb. Səsvermədə Almaniyada daimi və müvəqqəti yaşayan 547 Azərbaycan vətəndaşı iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti