Almaniya nə Qarabağ rejimini, nə də `seçkiləri` tanıyır

Almaniya nə Qarabağ rejimini, nə də `seçkiləri` tanıyır
  03 Sentyabr 2015    Oxunub:3108
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin onun ölkəsinin Dağlıq Qarabağda keçiriləcək `parlament seçkiləri`ni tanımayacağı barədə bəyanatından sonra Almaniya Xarici İşlər nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb.
AzVisionaz xəbər verir ki, `Vestnik Kafkaza`nın sorğusuna cavab olaraq Almaniya XİN-i bəyan edib ki, `federal hakimiyyət nə Dağlıq Qarabağdakı de-fakto rejimi, nə də o0nlar tərəfindən keçirilən seçkiləri tanımır`.

Almaniya hökumət səviyyəsində davamlı olaraq `Dağlıq Qarabağ Respublikası`nın (DQR) tanınmaması siyasətini yürüdür, bu mövqeyi müxtəlif sənədlərdə nümayiş etdirir. Belə ki, ötən ilin payızında Almaniya hökuməti `Sol` fraksiyasının `DQR` özünümüdafiə ordusunun müstəqilliyi ilə bağlı parlamentə qaldırdığı iddiaları da təkzib edib .

Həmin vaxt Almaniya hökuməti bildirib ki, `Dağlıq Qarabağ Respublikası`nın `özünümüdafiə` ordusunun 23 min daimi əsgəri var: `Onlardan 8 mini Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbçiləridir`.

Almaniya federal hökumətinin dünyada hüquq müdafiəsi siyasəti üzrə 11-ci hesabatında da vurğulanır ki, `Ermənistan 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra işğal etdiyi Dağlıq Qarabağ da daxil olmaqla beynəlxalq hüquqa görə Azərbaycanın torpaqları hesab edilən ərazilərdə insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır`.

Eldar Tanrıverdiyev
AzVisionaz


Teqlər:





Xəbər lenti