Almaniya millisi Şvaynştaygeri itirdi

Almaniya millisi Şvaynştaygeri itirdi
  29 İyul 2016    Oxunub:1682
Bastian Şvaynştayger Almaniya millisindəki karyerasını başa vurub.

AzVision.az-ın məlumatına görə, bu barədə futbolçu "twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Şvaynştayger yazıb: “Almaniya millisinin əziz azarkeşləri. Baş məşqçi Yoahim Lövdən məni daha yığmaya çağırmamasını xahiş etdim. Çünki yığmadakı karyeramı başa vururam. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm".

Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində oynayan Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti