Alimlərimizdən İlham Əliyevə müraciət

Alimlərimizdən İlham Əliyevə müraciət
  19 Dekabr 2014    Oxunub:2214
"Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Sizin tərəfinizdən böyük uğurla davam etdirilən dövlət siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olmuş, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyaraq regionun lider dövlətinə çevrilmişdir".
Bu barədə Azərbaycan alimlərinin I Qurultayının iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətində deyilir.

Müraciətdə bildirilir: "Çox sevindirici haldır ki, milli sərvətimizin əsas tərkib hissəsi olan elmi po­ten­sialın qorunması və daha da inkişaf etdirilməsi Sizin siyasətinizin mühüm istiqa­mət­lə­rindən birini təşkil edir. Bu siyasət nəticəsində informasiya cəmiyyəti quruculuğu və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması yolunda mühüm işlər gö­rülmüş, elmi potensialın cəmiyyətin inkişafında fəal iştirakı təmin olunmuş, alim­lərimizin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır".

Müraciətdə qeyd olunub ki, bütün bu görülən işlər respublikamızın intellektual potensialının aparıcı hissəsi olan alim­lərimiz tərəfindən çox yüksək qiymətləndirilir:

"Biz alimlər yaxşı başa düşürük ki, bu gün dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın müasir tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə yönəldilməlidir. Bu işin öhdəsindən uğurla gəlmək üçün Azərbaycan elmi potensialının avanqard hissəsi olan alimlər Sizin tərə­fi­nizdən irəli sü­rül­müş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq götürmüş və “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər etmişlər.

Sizi əmin edirik ki, bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün aparılan dövlət siyasətinə böyük dəstək verəcək, ölkəmizdə biliklər iqtisadiyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərimizi daha da gücləndirəcəyik". (trend)


Teqlər:  





Xəbər lenti