Ali məktəblərə sənəd qəbulu başladı

Ali məktəblərə sənəd qəbulu başladı
  01 Aprel 2015    Oxunub:1440
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edib.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ərizələrinin qəbulu bu gündən-aprelin 1-dən aprelin 30-dək aparılacaq.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar.

Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.


Teqlər:  





Xəbər lenti