Ali məktəblərə qəbul olanların qeydiyyatı başa çatıb

Ali məktəblərə qəbul olanların qeydiyyatı başa çatıb
  26 Avqust 2016    Oxunub:1206
Ali təhsil müəssisələrinə qəbul olan şəxslərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ üzrə) bu gün saat 17.00-da başa çatıb.
“Qafqazinfo” xəbərinə görə, bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə (I mərhələ üzrə) yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41736 plan yerinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16369 nəfərini oğlanlar, 17855 nəfərini qızlar təşkil edir. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti