Ali məktəblərə ərizə qəbulu başlayır

Ali məktəblərə ərizə qəbulu başlayır
  31 Mart 2015    Oxunub:1852
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edir.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılır.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar.

Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti