Akın Öztürkün kürəkəni də tutuldu

Akın Öztürkün kürəkəni də tutuldu
  25 İyul 2016    Oxunub:2583
Türkiyədə hərbi çevriliş cəhdində şübhəli bilinərək həbs edilən Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, general-polkovnik Akın Öztürkün kürəkəni də saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, generalın kürəkəni Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Hakan Karakuş xüsusi əməliyyat zamanı tutulub. Onunla birlikdə pilot, mayor Mustafa Azatlı da saxlanılıb. Hər iki şəxs polis tərəfindən dindirildikdən sonra məhkəməyə təhvil verilib.

Qeyd olunub ki, hər iki pilot Türkiyədə xüsusi təyinatlı polis idarəsini bombalamaqda şübhəli bilinir.

AzVision.az


Teqlər:  





Xəbər lenti