Akif Əlizadə prezidentdən kömək istəyir

Akif Əlizadə prezidentdən kömək istəyir
  16 Sentyabr 2014    Oxunub:2537
"AMEA-nın lisey və universitetinin yaradılması ilə bağlı prezidentə müraciət etmək nəzərdə tutulub".

Bunu AzVision.az-a açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, AMEA-nın magistratura təhsil pilləsi üçün artıq razılıq alınıb: "İndi onun təşkili işi davam edir. Qanuni problemlərə baxılır. Gələcəkdə Akademiyanın nəznində ya təhsil şöbəsi, ya da təhsil qurumu təşkil edilməlidir".

AMEA prezidenti gənc alimlərin ev probleminə də toxunub:

"Gənc alimlər üçün nəzərdə tutulan evlər tikilir. Tələsmək lazım deyil. Maaş məsələsinə gəlincə isə bu, çox müşkül məsələdir. Akademiya öz maaşını özü qazanacaq".

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti