Akademik Tofiq Hacıyev dəfn olunub

Akademik Tofiq Hacıyev dəfn olunub
  28 Noyabr 2015    Oxunub:2864
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində Akademiyanın işçiləri ilə yanaşı, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, akademik Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva dünən səhər saatlarında dəm qazından zəhərlənmişdi. Hadisə nəticəsində akademik dünyasını dəyişmişdi. Onun həyat yoldaşı isə hazırda xəstəxanadadır. (report)


Teqlər:





Xəbər lenti