Ailəni maşınla vuran sürücü tutuldu

Ailəni maşınla vuran sürücü tutuldu
  24 İyun 2016    Oxunub:1600
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, qəza nəticəsində xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti