Ağsu aşırımı buz bağladı, hərəkət çətinləşdi - FOTOLAR

Ağsu aşırımı buz bağladı, hərəkət çətinləşdi - FOTOLAR
  21 Fevral 2016    Oxunub:4527
Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.
AzVision.az xəbər verir ki, Ağsu aşırımı buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib.

Yolun buz bağlaması qəzaya səbəb olub. Şamaxı yolunda “Qazel” markalı yük maşını sürüşərək yol kənarına aşıb. Sürücü xəsarət alıb.

Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir.









Rüstəm İsmayılov
AzVision.az


Teqlər:  





Xəbər lenti