Ağsu aşırımında hərəkət dayandı

Ağsu aşırımında hərəkət dayandı
  08 Dekabr 2016    Oxunub:1927
Bakı Beynəlxalq Avtovağzalı 15 günədək gücləndirilmiş iş rejimində çalışacaq
Respublikada hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə bağlı bölgələrə hərəkət edən sürücülərə təhlükəsizlik və sürət həddi ilə bağlı təlimatlar verilib, nəzarət gücləndirilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının APA-ya verdiyi məlumata görə, marşrutu Ağsu dolaylarından keçən avtobuslar Bakı-Qazax avtomobil yolundan istifadə edir.

“Amma Bakıdan Şamaxıya gedən avtobuslar eyni yolla, yəni Bakı-Şamaxı yolu ilə hərəkət edir. Şamaxıdan sonra, yəni Ağsu dolaylarında artıq hərəkət dayandırılıb. Buna baxmayaraq, təxirə salınan reysimiz yoxdur. Bundan başqa, Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”, - deyə Ş.Mehmanqızı əlavə edib.

Bölgələrə üz tutan sərnişin sayına gəlincə, qurum sözçüsü deyib ki, Bakı Beynəlxalq Avtovağzalında bu gün ərzində sərnişin sayı çox az olub: “Avtobuslar dolmamış reyslərini davam etdiriblər. Bütün istiqamətlərdə sərnişin sayı minimum həddə olub”.

Ş.Mehmanqızı onu da qeyd edib ki, dekabrın 25-dən yanvarın 7-nə kimi, Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti