Ağır qəzada yaralananların və ölənlərin adları - SİYAHI

Ağır qəzada yaralananların və ölənlərin adları - SİYAHI
  18 Aprel 2015    Oxunub:1939
Ötən gecə Bakının Nizami rayonu ərazisində baş verən dəhşətli qəzada ölənlərin və yaralının kimliyi məlum olub.
AzVision.az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Ziya Bünyadov prospektində baş verən ağır yol qəzası nəricəsində 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Qəza zamanı dünyasını dəyişən 1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirovdur.

Qeyd edək ki, ötən gecə Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti