Ağdaşdan deputatlığa namizəd olanların ADLARI

Ağdaşdan deputatlığa namizəd olanların ADLARI
  04 May 2016    Oxunub:6633
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak etmək üçün 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə AzVision.az-a 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov bildirib.

DSK sədri deputatlığa namizədlərin adlarını açıqlayıb.

Cavid Osmanov Həmid oğlu - Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri

Ağazadə İqbal Fehruz oğlu - Ümid Partiyasının sədri

Məmmədov İlqar Eldar oğlu – REAL Hərəkatının sədri

Haqverdiyev Əli Bəkir oğlu – Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi

Hüseynova Səidə Bahadur qızı – Media və Təhsil İnnovasiya Mərkəzi İctimai Birliyinin sədri

Əliyev Bəybala Əşrəf oğlu – İşsiz, bitərəf

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti