Ağdaşda yanan ev 5 yaşlı uşağın ölümünə səbəb oldu

Ağdaşda yanan ev 5 yaşlı uşağın ölümünə səbəb oldu
  25 Avqust 2016    Oxunub:2741
Ağdaş rayonunda yanğın olub.
AzVision.azFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti