Ağdaşda toyu yasa çevirən həbs edildi

Ağdaşda toyu yasa çevirən həbs edildi
  22 Oktyabr 2014    Oxunub:1497
Ötən gün Ağdaşda toy məclisində cinayət törədən şəxs təslim olub.
Daxili işlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 20-də Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində kənd sakini İsgəndər Umarovu bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli könüllü olaraq rayon prokurorluğuna gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.



Teqlər:





Xəbər lenti