Ağdaşda toy yasa döndü - ölən var

Ağdaşda toy yasa döndü - ölən var
  21 Oktyabr 2014    Oxunub:1700
Oktyabrın 20-də saat 22 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli münaqişə zəminində kənd sakini İsgəndər Umarova bıçaqla xəsarət yetirib, sonra hadisə yerini tərk edib.

AzVision.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş İ.Umarov ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.
Ağdaş RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Teqlər:  





Xəbər lenti