Ağayevin idarə etdiyi oyunda darmadağın - Video

Ağayevin idarə etdiyi oyunda darmadağın - Video
  25 İyul 2016    Oxunub:2005
Bu gecə Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçular arasında Avropa çempionatının final matçını idarə edib.
AzVision.az xəbər verir ki, final qarşılaşmasında Fransa və İtaliya yığmaları üz-üzə gəlib.

Almaniyanın "Rhein-Neckar-Arena”sında keçirilən matç Fransa millisinin böyük hesablı qələbəsi ilə başa çatıb. Fransızlar rəqiblərinin qapısından 4 cavabsız top keçiriblər.

Qeyd edək ki, oyunu idarə edən həmyerlimiz Ə.Ağayev fransızları 2, italyanları isə 5 dəfə sarı vərəqə ilə cəzalandırıb.



Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti