Ağalarovlar xeyriyyə aksiyasına başladı

Ağalarovlar xeyriyyə aksiyasına başladı
  21 Noyabr 2014    Oxunub:2079
Azərbaycanlı iş adamı Araz Ağalarov və oğlu, müğənni-bəstəkar Eminin rəhbərlik etdiyi “Crocus group” xeyriyyə aksiyasına başlayıb.
AzVision.az xəbər verir ki, yeni illə bağlı təşkil edilən aksiya “Veqasın sehirli Şam ağacı” adlanır.

Xeyriyyə kampaniyasının əsas məqsədi Yeni ilə qədər kimsəsiz uşaq evləri üçün hədiyyələr toplanmasıdır. Hər bir insan sehirbaz olub, körpələrə hədiyyə bağışlaya bilər. Aksiyanın açılışı dekabrın 19-da baş tutacaq. Həmin gün “Crocus City Hall”da nağılvari meqa-şounun təqdimatı da gerçəkləşəcək. Bununla bağlı “Vegas” ticarət mərkəzində şam ağacları satışa çıxarılıb. Hər ağacın üstündə bir kimsəsiz körpənin arzusunu yazdığı zərf olacaq. İstəyən zərfdə yazılacaq hədiyyəni alıb, uşaqlara bağışlaya biləcək. Hədiyyə almaq istəməyən, pul yardımı da edə bilər.

Aksiya 2015-ci il yanvarın 15-nə kimi davam edəcək.


Teqlər:





Xəbər lenti