Abutalıbovun qanunu pozan sürücüsü ilə bağlı AÇIQLAMA

Abutalıbovun qanunu pozan sürücüsü ilə bağlı AÇIQLAMA
  15 Sentyabr 2014    Oxunub:4701
Bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobilinin paytaxt yollarında yol hərəkəti qaydalarını pozması haqda məlumat yayılmışdı.

Avtosfer.az saytının yazdığı xəbərə görə, Bakı merinin «BMW» markalı, 10 AA 008 dövlət nömrə nişanlı avtomobili Səməd Vurğun küçəsi ilə üzü Bakıxanov küçəsinə hərəkətdə olarkən tıxaca düşüb. «Təzə bazar»ın qarşısından əks yola çıxan merin avtomobili Bakıxanov küçəsinə qədər «protiv» gedib.

AzVision.az bu məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan münasibət öyrənib.

V.Əsədov yol hərəkəti qaydasını pozan hər bir şəxsin cəzalandırılacağını qeyd edib:

“Görmədiyim sujet barədə informasiya verə bilmərəm. Belə düşünürəm ki, bu cür informasiyaları yaymaq qalmaqal deməkdir. Hər kəsin hərəkətinə Bakı şəhəri üzrə quraşdırılmış kameralar vasitəsilə nəzarət edilir. Heç kim cəzadan kənar qalmır”, deyə Vaqif Əsədov vurğulayıb.



Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti