Abutalıbov Bakıya 6 milyondan çox gül gətirir

Abutalıbov Bakıya 6 milyondan çox gül gətirir
  20 Aprel 2015    Oxunub:1632
Gül bayramı ilə əlaqədar Bakıya müxtəlif ölkələrdən güllər gətiriləcək.
Bu barədə AzVision.az-a Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıya gətiriləcək güllərin sayı dəqiq bilinməsə də, ötənilkindən çox gül kompazisiyası hazırlanacaq.

“Bununla bağlı bizdə hər hansı sənəd yoxdur. Yalnız onu deyə bilərəm ki, builki Gül bayramı ötənildəkindən də möhtəşəm olacaq”.

Gül bayramının neçə gün davam edəcəyi də hələlik məlum deyil.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ötən il Gül bayramı üçün 6 milyon gül gətirildiyini bildirmişdi.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti