Abşeronda ev partladı - Ölən və yaralılar var (Yenilənib)

Abşeronda ev partladı - Ölən və yaralılar var (Yenilənib)
  20 Oktyabr 2016    Oxunub:3333
Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.
Hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

Gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti