Abşeronda ağır qəza olub

Abşeronda ağır qəza olub
  31 Yanvar 2015    Oxunub:1760
Abşeronda iki yük maşını toqquşub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Abşeron rayonunda “Shacman” və “KamAZ” markalı yük avtomobilləri toqquşub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış “Shacman” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti