Abşeronda 2395 nəfərə ASAN xidmət göstərilib

Abşeronda 2395 nəfərə ASAN xidmət göstərilib
  19 Aprel 2014    Oxunub:936
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
Aprel ayının ilk günlərində bu xidmətdən birinci olaraq Abşeron rayonunun sakinləri yararlanıblar.Səyyar “ASAN xidmət” 10 gün müddətində Abşeron rayonunda 2395 sakinin müraciətinə baxıb.

Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olmaqdır.


Teqlər:





Xəbər lenti