Abbas Abbasovun oğlu rəhbər oldu

Abbas Abbasovun oğlu rəhbər oldu
  20 Dekabr 2014    Oxunub:3723
Azərbaycan parlamentinin nümayəndə heyəti deputat Aydın Abbasovun rəhbərliyi ilə Özbəkistanda keçiriləcək seçkiləri müşahidə etmək üçün həmin ölkəyə gedib.
AzVision.az-ın məlumatına görə, bu barədə virtualaz.org-a Aydın Abbasovun özü xəbər verib.

Yeri gəlmişkən Özbəkistan parlamentinə növbəti seçkilər sabah-dekabrın 21-də keçiriləcək.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Etibar Hüseynov daxildirlər. Nümayəndə heyəti artıq bir neçə rəsmi görüş keçirib.

Onu da qeyd edək ki, Aydın Abbasov Azərbaycan baş nazirinin keçmiş birinci müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun oğludur.


Teqlər:  





Xəbər lenti