Abbas Abbasovun ermənilərlə qohumluğu - FOTO

Abbas Abbasovun ermənilərlə qohumluğu - FOTO
  23 Avqust 2014    Oxunub:4455
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasovun təkzibi yalan çıxdı.


Millət vəkili mətbuata açıqlamasında bildirmişdi ki, bu məlumatlardan xəbərsizdir və onlar həqiqətə uyğun deyil. Ancaq, fakt faktlığında qalır. Abbas Abbasovun qaynanasının fərdi uçot kartoçkasında hər şey açıq aşkar yazılıb. Həmçinin onun rus əsilli silahlı mühavizəçilərindən birinin kimliyini öyrənmək mümkün olub.

Mətbuatda gedən məlumata əsasən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos"un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq müavini Abbas Abbasovun 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni qaynanası Göharik Voskanovna vəfat edib. Onun adı sonradan Gövhər olaraq dəyişdirilib. O, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub.

Ermənistanla sıx biznes əlaqələri olan A.Abbasovun Rusyada da ermənilərlə şərikli biznes obyektləri var. Etibarlı mənbə tərəfindən verilən məlumata əsasən A.Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (Baş Nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə "islam dinini" qəbul edib. Onun qaynanası vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib.

Abbas Abbasovun həyat yoldaşı Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır. Amma, o, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.

Dəfn mərasimində şəxsən iştirak edən etibarlı mənbənin verdiyini məlumata əsasən islam qaydalarına uğun olaraq 2 böyük çadır qurulsa da yasda iştirak edənlər çox az olub. Buna səbəb isə vəfat edənin erməni olmasıdır. Millət vəkili Aydın Abbasov isə nənəsinin üzr yerinə tək qatılmayıb. Onu çeçen əsilli 4 mühafizəçi (silahlı) müşayiət edib. Mühafizəçilərindən biri Rusya vətəndaşı Abiev Rüstəm Raqimoviç olub.

Aydın Abbasov bütün bu faktların yalan olduğunu söyləsə də etibarlı mənbənin təqdim etdiyi sənədlər həqiqəti üzə çıxartdı.






Teqlər:  





Xəbər lenti