AXCP üzvləri kimlərlə dostluq edə bilməz?

AXCP üzvləri kimlərlə dostluq edə bilməz?
  02 Sentyabr 2015    Oxunub:3593
İllərdir Azərbaycanın siyasi arenasında varlığı ilə yoxluğu bilinməyən Əli Kərimlinin AXCP-si gülünc və eyni zamanda düşündürücü kampaniyaya - “facebookda dostluqdan çıxarma” kampaniyasına start verib. Bu barədə “Yeni Demokratiya” hərəkatından Trend-ə verilən açıqlamada bildirilir.

Qeyd olunur ki, özlərini demokratiya carçısı kimi göstərməyə çalışan bu insanlar, əslində, azad fikrə, azad seçimə qarşı nə qədər dözümsüz və nə qədər cılız düşüncəli olduqlarını bir daha nümayiş etdirirlər. Bildirilir ki, onların bu addımı eyni zamanda, Əli Kərimli AXCP-sinin fəaliyyətinin elə sosial şəbəkə çərçivəsindən ibarət olduğunu göstərir:

"Belə ki, AXCP-nin sədr müavini “Facebook” “qəhrəmanı” Fuad Qəhrəmanlı öz səhifəsində bütün partiya üzvlərini “facebook”da Razi Nurullayev və onun ətrafında birləşən insanları dostluqdan çıxarmağa çağırıb, daha doğrusu, əmr edib.

Məlumata görə, F.Qəhrəmanlı bununla da kifayətlənməyərək, dostluqdan çıxarıldıqdan sonra, bununla bağlı statusun da yazılmasını tələb edib. Hətta o göstəriş verib ki, dostluqdan çıxarılma ilə bağlı status işin əsas tərəfidir və bu məsələ monitorinq ediləcək.

Sədr müavini qeyd edib ki, facebookda dostluqdan çıxarma kampaniyası AXCP-nin ən vacib məsələlərindən biridir: "Bəylər, maraqlıdır, bu necə demokratiya sevdasıdır ki, AXCP rəhbərliyi üzvlərinin şəxsi həyatına kobud şəkildə müdaxilə edərək, onların kimi dost seçib, kimdən imtina edəcəklərinə qərar verir? Bu necə siyasi partiyadır ki, Əli Kərimli, onun partiya daxili diktaturasına və siyasi səriştəsizliyinə qarşı çıxan Razi Nurullayelə mübarizəni, onun ətrafındakıları hansısa sosial şəbəkədə dostlqudan çıxarmaqla aparır?

Bu, sadəcə cılızlıqdır.

Nə qədər də gülüncdür, acıdır. Özünü müxalifət adlandıran, hakimiyyətə gələcəklərini iddia edən bir partiyanın bu qədər kiçilməsi - sosial şəbəkədə üzvlərini kimlərisə dostluqdan çıxarmağa məcbur edərək, belə bir mübarizə yolu seçməsi. Razi Nurullayevlə siyasi, hüquqi müstəvidə mübarizə apara bilməyəcəyini görən bu insanlar, sosial şəbəkədə ləkələmə, qarayaxma, təhqir etmə, hədələmə, dostluqdan çıxarmaqda mədət axtarırlar. Bu əslində, Razi Nurullayevin və onun ətrafında birləşən cəbhəçilərin Əli Kərimli sədrliyinə qarşı verdikləri qərarlarda, seçdikləri yolda, atdıqları addımlarda nə qədər haqlı olduqlarını göstərir".


Teqlər:  





Xəbər lenti