ATƏT helikopterin vurulmasını müzakirə edəcək

ATƏT helikopterin vurulmasını müzakirə edəcək
  25 Noyabr 2014    Oxunub:1333
Dekabrın 4-5-də ATƏT Nazirlər Şurasının İsveçrənin Bazel şəhərində keçiriləcək toplantısı zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, tərəflər 2015-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə müzakirə aparacaqlar.

“Biz həm də noyabrın 12-də baş verən hadisəni və belə halların gələcəkdə təkrar olunmaması üçün görülə biləcək işləri müzakirə edəcəyik”, - deyə səfir söyləyib.


Teqlər:  





Xəbər lenti