ATƏT Ukraynaya pilotsuz uçuş aparatları göndərir

ATƏT Ukraynaya pilotsuz uçuş aparatları göndərir
  26 İyul 2014    Oxunub:782
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynada müşahidə-nəzarət məqsədilə pilotsuz uçuş aparatları tətbiq etməyi planlaşdırır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qurum tərəfindən silahsız və müşahidə məqsədli uçuş aparatlarının sifarişi ilə bağlı elan edilmiş müvafiq açıq tenderin müddəti iyulun 25-də başa çatıb.

İsveçrə Konfederasiyasının xarici işlər naziri və ATƏT-in hazırkı sədri Didye Bukrhalter bir müddət öncə Ukrayna-Rusiya sərhədlərində pilotsuz uçuş aparatlarından istifadə olunmasını təklif etmişdi. ATƏT-dəki diplomatik dairələrdən mətbuata verilən məlumata əsasən, bu təklif həm Rusiya, həm də Ukrayna tərəfindən müsbət qarşılanıb.

Aparatlar 4 min metr yüksəklikdə uçuşlar həyata keçirəcək və 10 kilometr uzaqlıqda hərəkət edən obyektləri qeydə ala biləcək.
Xatırladaq ki, hazırda Ukraynada xüsusi missiya tərkibində 200-dən artıq ATƏT müşahidəçisi fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti