ATƏT PA Qarabağla bağlı hesabat hazırlayır

ATƏT PA Qarabağla bağlı hesabat hazırlayır
  24 May 2016    Oxunub:2737
ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigeni Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparıb. Qeyd olunub ki, regionda sülhün davamlı olması vacibdir və bu istiqamətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə ehtiyac var.



Kristian Vigenin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan və Ermənistana etdiyi səfərlər barədə hesabat hazırlayacağını deyib. O, qeyd edib ki, hesabat ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyasında təqdim ediləcək.

Qeyd edək ki, bu il ATƏT Parlament Assambleyasının illik sessiyası iyulun 1-dən 5-dək Tbilisidə keçiriləcək. “Parlament əməkdaşlığının 25 ili: Dialoq vasitəsi ilə etimad yaratmaq” adlı sessiya çərçivəsində siyasi məsələlər və təhlükəsizlik komitəsində isveçli deputat Marqareta Sederfeldin müəllifi olduğu qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

Layihədə münaqişə nəticəsində yurd-yuvalarından məhrum olunmuş vətəndaşlarının evlərinə qayıtmasının onların danılmaz hüququ olduğu təsdiqlənir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti