ATƏT PA-nın sədri Azərbaycandadır

ATƏT PA-nın sədri Azərbaycandadır
  16 Aprel 2014    Oxunub:793
Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycana səfərə gəlib.
Monteneqro parlamentinin sədri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycana həm ATƏT PA-nın prezidenti, həm də Monteneqro parlamentinin sədri kimi böyük məmnuniyyətlə gəlib: “Dünyanın ən böyük Parlament assambleyalarından biri olan ATƏT-in Parlament Assambleyasının növbəti sessiyası Bakıda keçiriləcəkdir. Bu qərarın qəbul edilməsinə görə mən Azərbaycan hökuməti və parlamentinə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycan üçün əlamətdar hadisə olacaqdır. Səfərim həm də Monteneqro və Azərbaycan arasında yüksək səviyyədə olan siyasi və iqtisadi əlaqələri genişləndirmək məqsədi daşıyır”.

ATƏT PA-nın prezidentinin ölkəmizdə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti