AŞPA oktyabrda referendumu müzakirə edəcək

AŞPA oktyabrda referendumu müzakirə edəcək
  26 Sentyabr 2016    Oxunub:1164
AŞPA missiyasının Azərbaycanda keçirilən referendumla bağlı müşahidələrinin yekunu oktyabrda müzakirə olunacaq.
AzVision.az bunu AŞPA müşahidə missiyasının üzvü, AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda (Rumıniya) bildirib.

Sezar Florin Preda həmçinin həmkarı Ştefan Şennaxla noyabr ayında Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib: "Səfər noyabr ayının ikinci ongünlüyünə planlaşdırılır".

Qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti