AŞPA-da Azərbaycan müzakirəsi

AŞPA-da Azərbaycan müzakirəsi
  03 Sentyabr 2014    Oxunub:1427
AŞPA-da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı məruzəçi təyin olunması məsələsinə baxılıb.
Bu gün AŞPA-nın Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.AzVision.az xəbər verir ki, bu barədə məlumatı Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov verib.

Büro böyük səs çoxluğu ilə Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. Məruzə"Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması " adı ilə yazılacaq.


Teqlər:  





Xəbər lenti