AST Telmana 213 milyon dollar cərimə

AST Telmana 213 milyon dollar cərimə
  06 Oktyabr 2015    Oxunub:3392
Moskva Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “KBF AST” MMC şirkətinə qarşı 213 milyon dollarlıq iddia ilə bağlı qərar qəbul edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə azərbaycanlı milyarderin şirkətinə qarşı iddianı təmin edib.

Qeyd edək ki, Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Bank Moskvı" Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə vermişdi.

Ərizəyə əsasən, İsmayılovu "Ruslayn 200" MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan etməyi tələb etmişdilər.

Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti