ASAN Könüllülərinin natiqlik təlimi başa çatıb - FOTO

ASAN Könüllülərinin natiqlik təlimi başa çatıb - FOTO
  24 İyul 2014    Oxunub:1697
“ASAN Könüllüləri” Gənclər Təşkilatının 1 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirdiyi “Natiqlik Klubu” layihəsinin birinci təlimlər bloku başa çatıb.
Təlimlər Azərbaycanın ən çox fəqrlənmiş təlimçiləri və eyni zamanda natiqlərindən olan Nərgiz Seyid-zadə və Tural Sultanov tərəfindən keçirililib. Sözügedən layihədə iştirak üçün müraciət etmiş 335 nəfərdən 22-i secilərək təlimlərə qatılmaq şansı qazanıblar.

Təlimlər zamanı hazırcavablıq - vəziyyətdən çıxma, inandırmaq və təsir etmək, düzgün nitqin və fikrin qurulması, manipulasiya yolları və digər mövzular əhatə olunub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.



Qeyd edək ki, əsas məqsədi gənclərin öz fikirlərini sərbəst ifadə etmə bacarığını artırılması olan layihə çərçivəsində daha çox praktiki biliklərə əsaslanan ikinci təlim bloku və layihənin sonunda isə turnir keçirilməsi nəzərdə tutulub.



Teqlər:  





Xəbər lenti