ASAN 11 milyon müraciətə baxıb

ASAN 11 milyon müraciətə baxıb
  19 Avqust 2016    Oxunub:6521
“ASAN xidmət” yaranandan indiyə qədər 11 milyondan çox vətəndaşın müraciəti üzrə xidmət göstərib.

AzVision.az- ın məlumatına görə, bunu Azərbaycan Respiblikasnın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “ASAN xidmət” 4 ildir fəaliyyət göstərir və bu müddət ərzində məmnunluq indeksi 98 faiz təşkil edib:

“Elektronlaşdırma dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Elektron hökumət, ASAN ödəniş sistemi, dövlət xidmətlərinin reyestri, əcnəbilər üçün ASAN viza sistemi elektron hökumət sahəsində icra olunan tədbirlərdən biridir. “ASAN xidmət” elektron xidmətin təşkili ilə yanaşı elektron xidmətin qiymətləndirməsini həyata keçirir”.

O xatırladıb ki, “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət idarəçiliyində innovasiyaların tətbiqi, şəffaflığın artırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektron xidmətlərə keçidin sürətləndirilməsidir: “Hazırda respublikada 10 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 250 dən çox dövlət və özəl xidmətləri göstərilir”.

Onun sözlərinə görə, “ASAN xidmət” indeksinə uyğun olaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlər artıq hər il sistemli şəkildə qiymətləndirəcək: “Xidmətlərin vahid məkandan göstərilməsi, xidmət proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, vahid standartların formalaşdırılması üçün geniş imkanlar yaradılıb”.

AzVision.az


Teqlər:  





Xəbər lenti