ASAN-da Heydər Əliyev anıldı – FOTOLAR

ASAN-da Heydər Əliyev anıldı – FOTOLAR
  06 May 2016    Oxunub:3127
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüsal Hüseynov və Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil və çiçək dəstələri qoyublar.

Tədbiri Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açaraq dahi şəxsiyyət, ulu öndərin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib.

Bundan başqa, İnam Kərimov ölkə başçısının təşəbbüsü ilə yaranan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət məqsədləri barədə məlumat verib, bu konsepsiyanın dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğunu bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu çıxış edərək dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açıb. Eyni zamanda Azərbaycanda “Multikulturalizm ili” nin elan olunduğunu və bunun yalnız ölkəmiz üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti