ARDNŞ-dən partlayışla bağlı yeni açıqlama

ARDNŞ-dən partlayışla bağlı yeni açıqlama
  23 Oktyabr 2014    Oxunub:1404
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft quyusunda baş verən partlayışla bağlı yeni məlumat yayıb.
ARDNŞ-dən AzVision.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılmış və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.

İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti