ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir

ANAMA minatəmizləmə əməliyyatlarını davam etdirir
  06 May 2016    Oxunub:1060
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 5-də Tərtər, Ağcəbədi, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tərtər rayonunun Qarağacı kəndində iki ev və həyətyanı sahədə iki partlayış yerinə baxış keçirilib, 12 000 kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib. Hacıqərvənd kəndində iki ev və həyətyanı sahədə iki partlayış yerinə baxış keçirilib, 5 000 kvadratmetr ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar olunmayıb. Cəmi dörd ev və həyətyanı sahə, dörd partlayış yeri aşkar edilib və 17 000 kvadratmetr ərazi təmizlənib.

Füzuli rayonunun Şükürbəyli kəndində iki əkin sahəsində iki partlayış yerinə baxış keçirilib, 430 kvadratmetr ərazi təmizlənib.

Ağcəbədi rayonunun Qaraxanlı kəndində üç ev və həyətyanı sahədə üç partlayış yerinə baxış keçirilib, 8 500 kvadratmetr ərazi təmizlənib.

Goranboy rayonunun Yolqullar kəndində parkın ərazisində bir partlayış yerinə baxış keçirilmiş və bir ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək, götürülüb və 800 kvadratmetr ərazi təmizlənib.

Mayın 5-də ANAMA tərəfindən 7 ev, 2 əkin sahəsi, 10 partlayış yeri yoxlanılıb, bir ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək götürülüb, 26 730 kvadratmetr ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 5-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 426 ev və həyətyanı sahə, iki hərbi hissə, iki kənd qəbirstanlığı, üç kənd orta məktəbi, bir tibb məntəqəsi, beş ferma, əkin sahələri və bir çaxır zavodu ərazisinə baxış keçirilib, min 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), iki ədəd piyada əleyhinə POMZ-2 və altı ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti