AMEA işçi axtarır

AMEA işçi axtarır
  27 Noyabr 2014    Oxunub:1516
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
AMEA-da AzVision.az-a daxil olan məlumata görə, boş yerlər Etika, Sosiologiya və sosial psixologiya, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri, Fəlsəfə və ictimai fikir tarixi şöbələri üzrə aparıcı elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti