AMEA-nın Ümumi yığıncağı keçirilir

AMEA-nın Ümumi yığıncağı keçirilir
  29 Aprel 2016    Oxunub:1525
AMEA-nın Əsas binasında akademiyanın Ümumi yığıncağı keçirilir.
AzVision.az - ın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) rəhbəri akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazir müavini Elçin Əfəndiyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, səhiyyə nazirinin müavini Elsevər Ağayev, digər dövlət qurumlarının səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini özündə əks etdirən sərgi ilə tanış olublar.

Yığıncağı giriş nitqi ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, respublikada elmi-tədqiqat müəssisələrinin sistemli təsnifatı, elmi və elmi-təşkilati fəaliyyətinin qiymətləndirilməsi Elmin İnkişafı üzrə Milli Strategiyada qarşıya qoyulan vacib vəzifələrdən biridir:

“Strategiyada əksini tapan mühüm məsələlərdən biri elmin maddi-texniki bazasının gücləndirilməsidir və bu vəzifələrin öhdəsindən gəlmək üçün növbəti mərhələdə də Elmin İnkişafı üzrə Milli Strategiyanın qəbulu zəruridir. AMEA-da elmi-analitik təhlillər aparmaq üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədə işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin qiymətləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənərək hazırlanıb”.

Milli Strategiyada elm və təhsilin vahid institut kim inkişafının əsas hədəflərdən olduğunu deyən AMEA prezidenti magistratura təhsilinin təşkilinin bu istiqamətdə atılan mühüm addımlardan olduğunu vurğulayıb: "AMEA-da doktorluq təhsilinin və elmi-tədqiqatların modernləşdirilməsi ölkənin aparıcı təhsil müəssisələrinin baza kafedralarının yaradılması, birgə kadr hazırlığı məqsədilə əməkdaşlıq əlaqələrinin qurulması və müxtəlif fənlər üzrə respublika olimpiadalarının keçirilməsi bu istiqamətdə fəaliyyətin bir hissəsidir".

AMEA prezidentinin çıxışdan sonra hesabat ətrafında müzakirələr aparılacaq.

Tədbirdə bundan başqa, AMEA-da bəzi struktur islahatları ilə bağlı məsələlərin müzakirəsi, Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının sahiblərinə təqdim olunması gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti