AKP-nin binası və polis idarəsi atəşə tutuldu

AKP-nin binası və polis idarəsi atəşə tutuldu
  21 Yanvar 2017    Oxunub:2550
İstanbulda Təhlükəsizlik idarəsinin binası atəşə tutulandan bir qədər sonra şəhərin Sütlüce rayonunda yerləşən hakim AKP-nin inzibati binası qumbaraatanla atəşə tutulub.

Mərmi tam partlamadığı üçün binaya zərər vura bilməyib.

***
İstanbulda naməlum şəxslər polis idarəsinin binasını qumbaraatandan atəşə tutub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Vətən prospektində qeydə alınıb.

İlkin məlumata görə, insident nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib.

Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti