AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  21 Oktyabr 2014    Oxunub:1566
AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının VIII turu ilə bağlı klublara pul cərimələri tətbiq edib.
AzVision.az affa.az saytına istinadən xəbər verir ki, XXIII Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, 17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ” klubunun 4, “Qəbələ” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur. 18 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının VIII turunun “Araz Naxçıvan” – AZAL matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, 19 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanır, klub 10000 manat cərimə olunur.

16 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Komitənin qərarı ilə bir sıra oyunçular və klublar da cəalandıılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti