AFFA üç klubu cəzalandırıb

AFFA üç klubu cəzalandırıb
  14 Fevral 2017    Oxunub:1603
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub. Nəticədə 3 klub ümumilikdə 1800 manat cərimələnib. “Zirə” – “Qəbələ” oyununda ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb, komandasını azlıqda qoyan Rasim Ramaldanov 1 matçlıq kənarlaşdırılıb. Müdafiəçi klubunu 200 manat ziyana salıb.

Bu qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib. “Sumqayıt”la matçda 4 oyunçusuna xəbərdarlıq edilən “Neftçi”nin də cəzası eyni olub.

AzVision.az


Teqlər:





Xəbər lenti