AFFA hakimin qərarını ləğv edib

AFFA hakimin qərarını ləğv edib
  31 Yanvar 2017    Oxunub:1698
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" oyununda baş vermiş olaylarla bağlı qərarlarını açıqlayıb.
AzVision.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 20-ci dəqiqədə qonaq komanda azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün paytaxt klubu 800 manat cərimələnib.

67-ci dəqiqədə “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunub.

Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi” azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ” klubunun təqdim edəcəyi məbləğ “Neftçi” tərəfindən ödənilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti